Əbülfəz Elçibəyin oğlu evlənir – FOTO

Azərbaycan mərhum eks-prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev ailə qurur.

Yenicag.az xəbər verir ki, Ərturqut bəyin nişanlısı Aytək Yusifsoy Ə.Elçibəyin silahdaşlarından olmuş qohumu Mirhadi Yusiflinin qızıdır.

Cütlük bir il öncə nişanlanıb. Onların “qız toyu” iyulun 22-də Naxçıvanda – Kələki kəndində, oğlan toyu isə iyulun 30-da Bakıda olacaq.

Qeyd edək ki, Aytək Yusifsoy Yeni Çağ Media Qrupunun əməkdaşı olub. O, “yenicag.info”nun redaktoru vəzifəsində çalışıb.