Əbülfəz Elçibəyin yaxın qohumu komaya düşdü

Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin dayısı oğlu Seyfəddin Əhmədov komaya düşüb.

Yenicag.az xəbər verir ki, o, 9 gün əvvəl 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumatı əməkdaşımızla söhbətində Seyfəddin bəyin bacısı Qumru Əhmədova da təsdiqləyib. O bildirib ki, Seyfəddin Əhmədovun beyninə qan sızıb. Sabiq prezidentin yaxınının vəziyyəti olduqca ağırdır. Həkimlər onun sağalacağına dair ümid vermirlər.

Qeyd edək ki, 67 yaşlı Seyfəddin Əhmədov Bakı Dövlət Universitetinin Şərqşunaslıq fakültəsində Ərəb dili və tarix fənnlərini tədris edir.

Emin Səfərov

COP29