Əbülfəz Sadıqbəyli azadlığa çıxdı – FOTO

Müsavat Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli bu dəqiqələrdə azadlığa çıxıb.

Yenicag.az xəbər verir ki, 2018-ci ilin noyabrında həbs olunan Sadıqbəyli saxta sənəd hazırlayıb, ondan istifadə etməkdə ittiham olunurdu.

İttihama görə, gənc fəal yol polisinə “Nikoyl” bankın krediti ilə aldığı “Niva” markalı avtomobilə görə borclu qaldığı 5 min 100 manatın ödənməsi barədə saxta arayış təqdim edərək maşını öz mülkiyyətinə keçirib, daha sonra satıb.