Əbülfəz ŞEYDABƏYOV: XV əsrdən 2014-cü ilə Osmanlı cavabı…

Uşaqlıq dostları Fatih Sultan II Mehmet ve Dracula Vlad Tepeş1558508_726477187443187_8109259197312502338_n

Bu günlərdə western kino rejisorlarının  “Drakula” adlı yeni təhrif-şlapalı tarixi fantaziya filmini izlədim. Film XV əsrdə Osmanlının Rumıniya feodal dövlətlərinə qarşı apardığı fəth-çilik proseslərindən bəhs edir. Sonda isə xəyalpərəst rejisor tarixi kitablardakı həqiqətə  və o dövrdən günümüzə qalan bütün mənbələrə qənim kəsilərək, onların əksinə Fatih Sultan II Mehmetin ,ruhunu iblislə bazarlıq etmiş tarixi persona olan Transilvaniyalı Dracula Vlad Tepeş tərəfindən öldürdüyünü göstərir. Son illər tarixi kitablarla oxucuların arasında yaradılmış android quyuları xarici rejisorlara həqiqətlərə hücuma keçmək üçün çox əlverişli şərait yaradıb. Qilınclı, zirehli, mərdanə həqiqətin üzərində kamera ilə qondarma revanş qələbəsi qazanmaq istəyənlərə cavab olsun deyə bu yazını yazmağa qərar verdim.

10818955_10204514385092386_1559264439_nÖz növbəmdə bu filmi izləyən azərbaycanlı tamaşaçılara  xatırlatmaq istəyirəm ki, bu tarix heç də Drakula 2014 filmindəki kimi cərəyan etməyib. Əvvəla bunu bilmək lazımdır  ki, bəli bu iki tarixi şəxsiyyət eyni dövrdə yaşayıb və az adam bilir ki, Vlad Tepeş ,Fatih Mehmet xanın uşaqlıq dostu olub.Onlar Edirnede bir Sarayda böyümüş, eyni müəllimlərdən həm dünyavi həm hərbi dərslər almışlar. Suallarınız yarana bilər.Qısa xülasə ilə qeyd edim ki, Vlad Tepeşin atası Osmanlılara yenildiyi üçün, oğlu Edirne sarayında əmanət saxlanılırdı.Və Osmanlı Sultanı II Murad onu məhz özü gənc yaşlarından Rumıniyanın Transilvaniya bölgəsini idarə etmək üçün türklərə yaxın bir sima kimi yetişdirmişlər.

10841244_736963959727843_1881081846_nDaha sonrakı tarixi prosesləri uzun-uzadı yazaraq sizləri yormaq istəmirəm.Zamanla hər iki uşaqlıq dostları öz zamanlarını belə aşıb tarixi liderlər olurlar.Gənc  Sultan Mehmet İstanbulu fəth edərək dünya tarixinə növbəti türk imzasını atır…

Gənc Vlad Tepeş isə türklərin dəstəyi ilə Rumıniyanın Vallaxiya bölgəsinə feodal idarəçi təyin olunur. O zamanki rumın millətçilik dalğası, türklərin ağır vergi şərtləri  və s.səbəblərdən gənc Vlad Osmanlı idarəçiliyi ilə yollarını ayırmalı olurlar.

Vlad Tepiş xalq içində türklərə olan simpatiyasının artıq qalmadığını göstərmək üçün ata familyasından qalma Drakula ləqəbini alır (Drakon-Əjdərha). Bölgə xalqının günümüzə kimi rəvayət etdiklərinə görə Drakula rumın ləhcəsində “iblisin oğlu” mənasını daşıyır. Rəvayətlərə görə qan xəstəliyindən əaziyyət çəkən Drakula ləqəbli bu insan onun əmrlərinə və bəsid kamprizlərini dinləməyən yerli xalqa qarşı da çox qəddar olmuş və filmdə də göstərildiyi kimi, cəzalandırdıqlarını uzun nizələrə keçirərmiş.

1459-cı ildən uşaqlıq dostları olan Sultan II Mehmetlə Vlad Tepeşin arası açılır. Buna səbəb Drakula Osmanlı sarayının elçilərini amansızca edam etmiş və ümumiyyətlə türklərə vergi verməkdən boyun qaçırmışdır. Deyilənlərə görə İstanbullu elçilər Drakuladan insanları edam etməyə son verməyi, vergiləri vaxtında ödəməyi tələbində olmuşlar.

10846652_736963956394510_573527003_nBəli, Filmdə bu sujet düz göstərilib ki, Fatih Sultan II Mehmet uşaqlıq dostunu cəzalandırmaq üçün qoşunu ilə Transilvaniyaya gəlir. Burdan isə tarixi mənbələrə görə yola çıxaq. 1462-cı ildə Sultan Balkan coğrafiyası səfərlərinə çıxarkən uşaqlıq dostunu da unutmur…Çox yüksək dağlıq ərazidə yerləşən Drakulanın qalası aylarca osmanlılar tərəfindən mühasirədə qalır. Sonda Sultan İstanbulu tək qoymamaq üçün geri qayıdır .Drakula yeniçərilərin mühasirəsini yararaq Macarıstana qaçır. Bölgə yenidən türklərə vergi verməli olur. Düz 14 il sonra feodal Drakula yenə Transilvaniyaya qayıdır. Orada öz qanlı idarəçiliyini müvəqqəti bərpa edir. Lakin, çox keçmir ki, ona nifrət edən yerli feodallar və türklərin kəşfiyyat birliklər tərəfindən hücuma məruz qalaraq 1476-cı ildə bütün ordusu ilə birlikdə öldürülür.Drakulanın başı kəsilərək İstanbula Fatih Sultan II Mehmet xana göndərilir…Yerli rumın və macar feodalların Drakula Vlad Tepeşə olan əsas nifrətlərinin qaynağı isə Drakulanın kilsə və dini dogmalar əleyhinə gedməsindən ziyadə öz cəngavərləri ilə qədim iblisi inanc ritualları təşkil edərək gənc insanları qətlə yetirməsi olmuşdur.

10859322_736963986394507_598208179_nMaraqlıdır ki, bu olmuş hadisələr həm Avropa həm Osmanlı tarixi mənbələrində əks olunduğu halda dünya cinema ekranlarında İstanbulu 21 yaşında Fəth edib Türk edən Sultan II Mehmet xanı sonradan satanist olmuş Drakula Vlad Tepeşin əli ilə öldürürlər. Sanki bir nifrət, bir revanş namərdliyinə susayıblar bu əcnəbi vampir təfəkkürlü rejisorlar. Onlar unudubsa Biz xatırladaq ki, simasızlıqları qızarsın . 1453-cü ilin 29 may tarixi idi, müjdələnmiş zəfərin ilk günü Sultan II Mehmet əmr imzaladı atalarımızın peyğambərlərini əziz sayan bütün Musavilər və İsavilər öz ibadətlərində sərbəstdir..!

Aldanma ey qara gözlü millətim! Filmdəki qondarma sujetin əksinə Atamız Fatih Sultan II Mehmet 1481-ci ildə müjdəmiz olan Şəhristan İstanbulda öz əcəli ilə Haqqın rəhmətinə qovuşmuşdur…Unutmayaq! Unutdurmayaq! Əjdadımıza sahib çıxaq!