Qədim insan topluluqlarının dini ritual və ya aclıqla bağlı bir-birini yeməsi ilə bağlı araşdırmalara daha biri əlavə olunub.
Yenicag.az xəbər verir ki, “Scientific Reports” elmi jurnalında yayımlanan məqalədə 18 min il əvvəl hannibalizmin var olduğunu ortaya çıxarıb.
Belə ki, Polşadakı bir mağarada ötən əsrin 60-cı illərinə qədər tapılan sümük fosilləri üzərində aparılan tədqiqatlarda hannibalizmlə bağlı ciddi dəlillər əldə edilib.
Mağaradan tapılan 53 sümük üzərində 3D metodlarından istifadə olunaraq analizlər aparılıb. Nəticədə həmin sümüklərdəki kəsiklərin heyvan sümüklərindəki kəsiklərlə eyni olduğu üzə çıxıb. Bəzi fosil sümüklərindəki qırıqlar isə onların sındırılaraq iliklərinin yeyildiyini sübut edib.
Sümüklərin heyvan sümüklərinə qarışıq halda tapılması isə onların savaş zamanı öldüyü gümanını gücləndirib. Qıtlıq çəkən insanlar insan və heyvan leşlərini mağaraya yığaraq çürümədən onları yeyiblər.