Əcnəbi rejissor Bakıya dəvət olundu – Teatrsevərlərə müjdə

YUĞ teatrı beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində daha bir irimiqyaslı layihə həyata keçirməyə hazırlaşır.

Bunu Yenicag.az-a açıqlamasında teatrın ədəbi hissə müdiri Elçin Cəfərov bildirib: “Bolqar rejissor Xristo Stoyçev teatrda Şekspirin “III Riçard” əsəri əsasında tamaşa hazırlayacaq. Tamaşada cəmi 4 obraz iştirak edəcək. Tamaşanın quruluşçu rəssamının da Bolqarıstandan dəvət olunması planlaşdırılır. Artıq bolqar rəssam Olqa Boseva ilə də ilkin razılıq əldə olunub”.

Cəvahir