Ədalət Şükürov xanımları cuşa gətirdi – VİDEO

Əməkdar artist Ədalət Şükürov bu dəfə oxumayıb, qiraət məharətini nümayiş etdirib.

Yenicag.az xəbər verir ki, müğənni payız günündə duyğulanaraq Ramiz Rövşənin “Qara paltarlı qadın” şeirini söyləyib. O, videonu “İnstagram” səhifəsində “Kişilər bir olmur atam balası” qeydi ilə paylaşıb.

Video sosial şəbəkənin xanım izləyiciləri tərəfindən maraqla qarşılanıb. Hər kəs onun istedadını mədh edərək, xoş sözlər yazıb və onu aktyor kimi də görmək istədiklərini dilə gətirib.

Cəvahir