!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ədalət və İnkişaf Partiyasının sədr müavini: "16 Apreldən sonra uyğun tarixlərdə Türkiyə-Aİ sammiti keçirtməliyik "

!Reklam – Yazi

Türkiyənin Ədalət və İnkişaf Partiyasının hakimiyyəti zamanı 2005-2015-ci illər arasında fasiləsiz olaraq Kənd Təsərrüfatı, Qida və Heyvandarlıq Naziri olmuş, partiyanın xarici əlaqələr üzrə sədr müavini Mehdi Eker İstanbulda keçirilən konfrans zamanı Yeniçağ-ın suallarını cavablandırıb.

“Hannoverdə seçicilərimizlə görüşməyimə icazə verməyənlərlə məhkəmədə hesablaşacağam.”

– Türkiyə-Avropa İttifaqı arasındakı mövcud gərginlik təbii olaraq Ankaranı fərqli axtarışlara vadar edir. Proses irəliləməzsə, Şanxay Təşkilatına üzv olmaqla yanaşı digər alternativləri nəzərdən keçirəcəksinizmi?

-Türkiyə ilə Aİ-ni bir-birinə bağlayan bir sıra şərtlər mövcuddur. Biz Aİ-yə verdiyimiz heç bir sözdən dönməmişik, Aİ isə əksinə, bizə verdiyi sözü tutmadı və 2004-cü il sammitində Cənubi Kipr-Rum seqmentini tam üzvlüyə qəbul etdi. Halbuki, həmin dövrdə Baş nazir olan hazırkı prezidentimiz Ərdoğana söz verilmişdi ki, Şimali Kipr Türk Respublikasında “Bəli” olarsa, Türkiyəyə də yaşıl işıq yandırılacaq.

Aİ-nin Türkiyəni bölməklə məşğul olan terror təşkilatlarına mülayim davranması bizim xoşumuza gəlmir. 15 İyul 2016 tarixində çevriliş cəhdinin millətimiz tərəfindən uğursuzluğa düçar edilməsindən sonra FETÖ-yə güzəşt və gözyummaları qəbul etməyimiz mümkün deyil. 16 Apreldə keçiriləcək referendum prosesində bir sıra Avropa ölkəsi bizə qarşı açıq şəkildə “Xeyr” cəbhəsi yaratdılar. Mən Almaniyanın Hannover şəhərinə seçicilərimizlə görüşmək üçün gedəndə ağlasığmaz əngəllərlə qarşılaşdım. Bununla əlaqədar olaraq məhkəməyə müraciət edəcəyəm. Türkiyənin başqa təşkilatlara üzv olması məsələsi gündəmə gələ bilər, lakin bizim Aİ hədəfindən imtina etməyimizdən söhbət gedə bilməz. 16 Apreldə referendumdan “Bəli” çıxdıqdan sonra Aİ-nin bizimlə əlaqələrində daha real bir nöqtəyə gələcəyinə inanıram”.

Yeniçağ.az

www.yenicag.az

620
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv