Ədalət Vəliyev partiya sədrlərini bir araya gətirir – Onlayn konfrans keçiriləcək

Bu gün ölkədə fəaliyyət göstərən siyasi partiya rəhbərlərinin iştirakı ilə onlayn konfrans təşkil olunacaq.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, Qarabağda həyata keçirilən bərpa işlərinin gedişinə həsr olunan tədbir Prezident Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən təşkil olunur.

Onlayn konfransa çox sayda siyasi partiya sədrinin qatılacağı razılaşdırılıb.