Eddi İsrafilov Azərbaycan millisinin heyətindən çıxarıldı

Eddi İsrafilov Azərbaycan millisinin heyətindən çıxarılıb.

Yenicag.az-ın məlumatına görə, buna səbəb yarımmüdafiəçinin zədədən əziyyət çəkməsidir.

“Neftçi”nin oyunçusu AVRO-2024-ün seçmə mərhələsində Estoniya və Avstriya ilə keçiriləcək qarşılaşmalarda iştirak edə bilməyəcək.

Qeyd edək ki, oktyabrın 13-də Estoniyanın qonağı olacaq Canni De Byazinin kollektivi bundan üç gün sonra Bakıda Avstriyanı qəbul edəcək.