!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

EDHO qalmaqalı bitmək bilmir: Serialın aqibəti bəlli oldu

!Reklam – Yazi

Türkiyə və ölkəmizdə maraqla izlənən, kanalla yaranan anlaşmazlıq nəticəsində yayımdan qaldırılan “Eşkiya dünyaya hükümdar olmaz” serialı ilə bağlı qalmaqal bitmək bilmir.

Yenicag.az xəbər verir ki, ATV-də yayımı dayandırıldıqdan sonra sözügedən serialın yayımlanmayan 200-cü bölümünün internet platforması olan “Blu Tv”də yayımlanacağı, “Son əfsanə” adı ilə yenidən serial kimi çəkiləcəyi bildirilmişdi.

EDHO-nun fərqli adda başqa bir platformada təqdim olunmasına ATV kanalından sərt reaksiya verilmişdi. Kanal prodüser şirkət və ssenarist Bahadır Özdener haqqında 165 milyon lirəlik (təxminən 20 milyon 215 min 925 manat) iddia qaldırmış, EDHO serialının bütün hüquqlarının ATV-yə məxsus olduğu və bu serialı buna bənzər hər hansı formada və ya adda heç bir kanal və ya prodüserin hazırlayıb yayımlaya bilməyəcəyi qeyd edilmişdi.

Jurnalist Birsən Altuntaşın xəbərinə görə, kanalın iddia qaldırmasından sonra “Blu Tv” geri addım atmaq məcburiyyətində qalıb. Belə ki, “Blu Tv” EDHO komandası ilə razılaşmadan çəkilib.

www.yenicag.az

673
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv