Ədliyyə naziri Məhkəmə-Hüquq Şurasının üzvlüyündən çıxarıldı

Ədliyyə Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilib.

Yenicag.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Dəyişikliyə əsasən, ədliyyə naziri Məhkəmə-Hüquq Şurasının üzvlüyündən çıxarılıb.