!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ədliyyə Nazirliyi bələdiyyə sədri barədə inzibati protokol tərtib etdi

!Reklam – Yazi

Ədliyyə Nazirliyi Quba rayonu Vladimirovka bələdiyyəsinin sədri Sona Yaqubova barədə inzibati protokol tərtib edib.

Yenicag.az xəbər verir ki, İnzibati Xəttalar Məcəlləsinin 549.2-ci (Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə) maddəsi ilə tərtib edilən protokola Quba Rayon Məhkəməsində baxılacaq.

Bu inzibati xətaya görə, vəzifəli şəxslər 400 manatdan 600 manatadək cərimə edilir.

Qeyd edək ki, Azərbaycanda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan Ədliyyə Nazirliyidir./Report

www.yenicag.az

519
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv