Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Ədliyyə nazirliyi ilə Yol Polisinin danışılmış kombinasiyası - Bir təhlükəsizlik zabitinin başına gələnlər

Keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl özünə məxsus avtomobilini satarkən Baş Dövlət Yol Polisi İdarəsi ilə Ədliyyə nazirliyi Yasamal rayon məhkəməsi icra şöbəsi onun başına sözün əsl mənasında oyun açıb.

Bu barədə İlham İsmayıl Yenicag.az-a özü məlumat verib. İlham İsmayılın şikayət məktubunu olduğu kimi sizə təqdim edirik:

“16 ildir ki, bir köhnə maşın sürürəm, xərci borcundan çox olduğu üçün satmağı qərara aldım. Xaricə getdiyim üçün işləri tələsik görmək lazım idi. Maşınları başqa ada keçirən Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi iki irad bildirdi. Adınıza 2014 cü ildə (?) 300 manat cərimə var, onu ödəməlisiniz. Mən bu cəriməni məhkəmənin qərarı ilə olduğunu və elə o vaxt da ödədiyimi bildirsəm də razılaşmadılar. Qərarı verən Yasamal rayon məhkəməsinə və icra müfəttişliyinə müraciət etdim. Mənimlə razılaşıb cəriməni ödədiyimi təsdiq etdilər və müvafiq məktub verdilər. Məktub tələsik Yol polisinə çatdırıldı.Yol polisi məktubdan dilxor olsa da, fikrindən dönmədi. Dedilər ki, məhkəmə konkret hansı cəriməni ödədiyinizi göstərmədiyi üçün sənədləri başqasının adına verə bilmərik. Nə edək? İş tələsik olduğundan 300 manat pulu yenidən ödədik. Qəbz istədik, hörmətli Ramiz Zeynalovun tabeliyindəki işçilər qəbz verməkdən imtina etdilər. Burda Ədliyyə nazirliyi Yasamal rayon məhkəməsinin icra şöbəsinin verdiyi məktubun uyğun olmadığını hələ icra məmurunun otağında bildirsək də, məmur “uzağı 50 manat verin, həll etsinlər” demişdi. Bu, Ədliyyə Nazirliyi ilə Yol Polisi arasında danışılmış bir kombinasiyadır. Avtomobili alan şəxsi narazı salmamaq üçün məmurların bütün qanunsuz tələblərini yerinə yetirmək məcburiyyətində qalırdıq.

İş bununla bitmədi. 16 ilin maşının mühərriki tam sıradan çıxdığından 2017-ci ildə mühərriki tamam dəyişməli olmuşduq. Belə situasiyada qanunla dövlətə 75 manat ödənilir və texniki pasportda yeni mühərrikin nömrələri yazılır. Yol polisi işçiləri burda da dirəndilər. 500 manat verin indi yazaq, dedilər. Çək-çevir və tam alverçi xisləti ilə yol polisi əməkdaşları bizdən 400 manat aldılar və heç bir qəbz vermədilər. Maraqlı orası idi ki, qiymətin üstündə mübahisə edəndə polis işçiləri bu pulun onlara aid olmadığını “yuxarılara” çatacağını tez-tez təkralayırdılar. Bu “yuxarılar” haradır? Baş Dövlət Yol Polisi İdarəsinin rəisi? Bəlkə onu nəzərdə tuturlar? Ya ondan da yuxarı səlahiyyətliləri? Pul kimə çatır, cənablar? Gələn dəfə yəqin ki, açıqlayası olacam.

Qərəz, 6 il idarə etdiyim və çox pis vəziyyətdə olan 2003-cü il istehsalı, BMW 525, 90- MX- 357 dövlət qeydiyyat nişanlı avtomobilimi başqa ada keçirmək üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Dövlət Yol Polisi idarəsi birləşib məndən 700 manat pul ”oğurladılar”. Bəli, məhz Şedrinin dediyi kimi “oğurladılar”. Axı, bir cərimə üçün niyə iki dəfə pul ödəməlyəm? Biri oğurlandı.

İş bunula bitmədi. Fikirləşirdim ki, satdığım avtomobilin puluna Hollandiyadan gətirilmiş 10 illik bir maşını gömrük qeydiyyatından keçirib, nəhayət qismən maşınımı təzələyə bilərəm (10 yaşı olsa da) . Gömrük Komitəsinin internet sistemində gömrük qiymətləri ilə tanış olub, “Meyvəli” deyilən yerə yollandım. İnternetdəki qanunlara görə bu avtomobilə Azərbaycanda 7000 min manat gömrük rüsumu ödənməli idi. Bu yerin aurası ümumiyyətlə tam bazarı xatırladır. Bürokratiya həddən aşmış səviyyədədir. Bu öz yerində, avtomobilin sənədləri ilə tanış olub, gömrük işçisi özlərinin dediyi kimi mənə “qiymət oxudular”-10135 manat. “Mübahisə yersizdir, sistem belədir, hara istəyirsiz deyin”-deyib söhbətə qəti yekun vuruldu.

Mən xaricə səfər etdiyimdən avtomobil üçün “Etibarnamə”ni yaxın qohumun adına rəsmiləşdirib səfərə getməyə məcbur oldum. “Oğurlayırlar”, burda da mənim-vətəndaşın pulunu oğurlayırlar.

Yəqin Ədliyyə Nazirliyinin və Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərləri üçün 700 manat, Gömrük Komitəsinin rəhbəri üçün də 3135 manat önəmli rəqəmlər deyil, heç bir qadın çantasının pulu da etmir. Amma, mənim üçün gözlərimin nurunun itdiyi, başımın ağrıdığı səhifələrlə etdiyim tərcümələrdən əldə etdiyim gəlirdir. O tərcümə ki, dövlət nə vaxtsa istifadə edəcək. Avropa Şurasının qəbul etdiyi sənədlər, Avropa İnsan haqları Konvensiyasının qətnamələri… siz belə şeyləri bilməzsiniz, cənablar. Sizin heç “Konvensiya” sözünü də sonadək dərk etməyiniz şübhə yaradır.

Mən bu qanunsuzluq haqqında məhkəməyə müraciət etmək istəyirdim. Amma, hələ tərəddüd edirəm, kimə kimdən şikayət edirəm axı? Xaricdən qayıdandan sonra bəlkə də üfüqdə Avropa Məhkəməsini fikirləşib addımlar atası olduq. Ya da “Qraf Monte Kristo” restoranında Dümanın qəhrəmanları kimi “ədalətin bərpası qisasdan keçir” mövzusunda diskussiya açdıq”.

Səxavət Məmməd

www.yenicag.az

564
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM