Siyasi Texnologiyalar Mərkəzi (STM) İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində növbəti görüş Ədliyyə nazirliyində nazirliyin mətbuat xidmətinin rəisi Ləman Hüseynzadə və xidmətin əməkdaşlarının iştirakı ilə baş tutdu.
Görüşdə Ədliyyə nazirliyinin PR fəaliyyətinin monitorinqinin nəticələri açıqlandı, nazirliyin saytı və sosial şəbəkə profillərinin vəziyyəti müzakirə olundu. STM-in prezidenti Vəli Əlibəyov nazirliyin ictimaiyyətlə əlaqələr fəaliyyətini düzgün istiqamətdə qurulduğunu qeyd edərək bu işin daha da səmərələşdirilməsi üçün tövsiyələrini görüş iştirakçılarına çatdırdı. İnteraktiv şəkildə keçən görüş maraqlı fikir mübadiləsi ilə yekunlaşdı.
Xatırladaq ki, bu görüş Siyasi Texnologiyalar Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ayırdığı qrant hesabına həyata keçirilən “İctimaiyyətlə əlaqələr işinin səmərələşdirilməsi” layihəsi çərçivəsində baş tutub. Layihə çərçivəsində 12 mərkəzi icra hakimiyyəti orqanlarının ictimaiyyətlə əlaqələr fəaliyyətinin monitorinqi həyata keçirilir və hər birində monitorinqin nəticələrinə dair görüş və seminar təşkil olunur.