Ədliyyə Nazirliyinin İnsan resursları idarəsinə rəis müavini – rəis vəzifəsini icra edən təyin olunub.
Yenicag.az-ın məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, bu posta Seymur Səfərov gətirilib.
Qeyd edək ki, S.Səfərov bu təyinatadək Vəkillər Kollegiyasının baş katibinin müavini vəzifəsində çalışıb./Report/