Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov vəzifəsindən azad edilib.
Bu barədə Penitensiar Xidmətdən məlumat verilib.
Qeyd olunub ki, H.Əlixanov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib: “Hüseyn Əlixanovun 65 yaşı tamam olmuşdu, ona görə də təqaüdə göndərilib”.
Hələ bu vəzifəyə təyinatın olmadığı bildirilib.
Xatırladaq ki, H.Əlixanov 2007-ci ildən Penitensiar Xidmətinin rəis müavini vəzifəsində çalışıb(Trend)