!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ədoğanla Ruhani telefonda danışdı: “Milli valyutadan istifadə zəruridir”

!Reklam – Yazi

İran və Türkiyə prezidentləri arasında telefon danışığı: “Milli valyutadan istifadə zəruridir”.

Yenicag.az xəbər verir ki, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Təyyib Ərdoğana zəng edib.

Telefon danışığında Həsən Ruhani Türkiyə prezidentini, eləcə də Türkiyə xalqını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.

Rəcəb Təyyib Ərdoğan da öz növbəsində İran prezidentini və xalqını bayram mübasibətilə təbrik edib.

Prezidentlər iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

H.Ruhani deyib ki, İran və Türkiyə islam dünyasında iki nüfuzlu dövlət kimi öz təsiredici gücündən istifadə etməklə bölgədə sabitlik və təhlükəsizliyin təmin edilməsində mühüm rola malikdir.

H.Ruhani Yəməndə, Sudanda, Liviyada, Əfqanıstanda və digər bölgələrdə müsəlmanların qətliamından təəssüfləndiyini bildirib və qeyd edib ki, İran və Türkiyə bir-birinin yanında digər dost, qardaş ölkələrlə bu təhlükəli və təəssüfedici prosesi dayandıra, bölgədəki problemləri həll edə bilərlər.

İran prezidenti rəsmi Tehranın iki ölkə arasında iqtisadi əlaqələrinin inkişafı və ticarət dövriyyəsinin milli valyuta ilə həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

R.T.Ərdoğan H.Ruhaninin söylədiyi fikirlərlə razı olduğunu bildirib. O, ikitərəfli münasibətlərin genişləndirilməsində rəsmi Ankaranın da maraqlı olduğunu bildirərək digər ticari və iqtisadi əlaqələrin də inkişaf etdirilməsini, həmçinin qeyd olunuan istiqamətlərdə milli valyutadan istifadənin vacibliyini təkid edib./APA/

www.yenicag.az

9228
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv