!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ƏDV problemləri: "Nağd və ya kartla ödəniş etdikdə..." – AÇIQLAMA/FOTOLAR

!Reklam – Yazi

Son dövrlərdə bir çox vətəndaşlar ƏDV-nin (Əlavə Dəyər Vergisi – red) geri qaytarılması ilə bağlı şikayət edir. Belə ki, rekvizitlərdə ƏDV-nin 18 faizinin qaytarılacağı bildirilsə də, əslində fərqli məbləğ, yəni daha azı qayıdır. Bəzən də ədv çeki verilməyinə baxmayaraq, həmin iaşə obyektinin bu sistemə aid olmadığı bildirilir.

Bəs bunların səbəbi nədir? 18 faiz yazıldığı halda, niyə daha az məbləğ qaytarılır?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib ki, ƏDV-nin hamısı qaytarılmır:

“18 faiz qaytarılır, düzdür. Amma hamısı yox. Yazılmış ƏDV-nin nağd ödəniş zamanı 5 faizi geri qayıdır. Kartla edilən ödəniş zamanı isə məbləğin 17 faizi nəzərdə tutulur. Yəni sistem bu cür qurulub. Çek  verilməsinə baxmayaraq, ƏDV-nin qaytarılmaması isə yerlə əlaqəlidir. Bəzi təsərrüfat obyektləri və ictimai iaşə sahələrinin əlavə dəyər vergisi olmur ”.

Şahanə Paşa

www.yenicag.az

965
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv