Efiopiyanın Hərbi Hava Qüvvələrinin Sudanın Cənubi Sudanla sərhədindəki Abey mübahisəli ərazisinin Kaduqli şəhərinə uçan vertolyotu qəzaya uğrayıb.
Yenicag.az xəbər verir ki, BMT-nin Abey ərazisində təhlükəsizliyin təmin olunması üzrə müvəqqəti qüvvələrinin məlumatına görə, hadisə zamanı vertolyotda 23 nəfər olub. Onlardan 3-ü həlak olub, daha 10 nəfər yaralanıb. Qeyd edilir ki, yaralılardan 3-ü ağır vəziyyətdədir.
Qəzanın başvermə səbəbi hələ müəyyənləşdirilməyib, araşdırmalara başlanılıb./Report/