Efiopiya “Ethiopian Airlines” aviaşirkətə məxsus Boinq-737 təyyarəsinin qəzaya uğraması səbəbindən martın 11-i matəm günü elan edib.
Yenicag.az-ın məlumatına görə, Əddis-Əbəbədən Nayrobiyə uçan təyyarənin göyərtəsində 157 sərnişin və 8 ekipaj üzvü olub.
Qeyd edək ki, qəza təyyarənin Əddis-Əbəbənin aeroportundan havaya qalxmasından 6 dəqiqə sonra baş verib. Təyyarə şəhərdən 40 kilometrdən az məsafə aralığında düşüb.
Qəzada həlak olanlar arasında İtaliyanın Sicilya əyalətinin Mədəni miras və Sicilya identikliyi naziri Sebastiano Tuza da olub.