Efirdə gülüş dolu anlar: Az yeyənlər cəhənnəmə gedəcək – VİDEO

Professor Canan Karatay canlı yayımda gənc oğlanı pərt edib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, qeyri-adi çıxışları ilə tez-tez gündəmə gələn məşhur dietoloq Canan Karatayın qonaq olduğu veriliş ekran qarşısındakı tamaşaçıları olduqca əyləndirib. Belə ki, aşırı yemək yeməsindən peşman olmayan Hakan adlı oğlanın dedikləri Karatayın və aparıcı Zahidə Yetişin gülüşünə səbəb olub. Karatayın hədsiz kök olduğu üçün pərt etdiyi həmin gənc Allahın verdiyi nemətləri yeməməyin günah olduğunu söyləyib. O, çəkisi az olanların cəhənnəmə gedəcəyini deyib.

Həmin gülüş dolu anları təqdim edirik: