Tanınmış qarmon ifaçısı, Əməkdar artist Gövhər Rzayevanın efirdə saqqız çeynəməsi sosial şəbəkə izləyiciləri tərəfindən müzakirələrə səbəb olub və tənqid olunub.
Yenicag.az-a açıqlama verən qarmon ifaçısı ona ünvanlanan tənqidlərə əhəmiyyət vermədiyini bildirib:
“Saqqız çeynəmişəm, burada tənqid olunacaq nə var ki ? Çıxıb efirə camaatın dalınca dedi-qodu etməmişəm, onun-bunun evini yıxmamışam. Bəziləri kimi çılpaq vəziyyətdə efirə çıxmıram. Bekar adamlardı, danışmağa söz axtarırlar. Danışsınlar, mənim üçün əhəmiyyəti yoxdur. Onsuz da aşığın sözü qurtaranda “dalay-dalay” deyər”.
Qeyd edək ki, sənətçinin verilişlərin birində saqqız çeynəyərkən görüntüsü yayılıb.
Cəvahir