Efirdən gedən Vüsalədən yerinə gələn həmkarına İSMARIŞ

ATV telekanalında yayımlanan “Xoş-beş” verilişinin aparıcısı Vüsalə Kərimovanı İlhamə Bədəlova əvəzləyib. Vüsalə Kərimovanın efirdən getməsinin səbəbi bəlli olub.

Yenicag.az xəbər verir ki, bu barədə Vüsalə sosial şəbəkə hesabında açıqlama yayıb. O, həmkarına uğurlar arzulayıb:

“Sənə uğurlar, sən yaxşı dost, peşəkar insansan. Ümid edirəm, mənə qoyulan qadağalar sənə qoyulmaz”.

Qeyd edək ki, İlhamə Bədəlova sözügedən kanalda “Həkimsən” verilişinin aparıcısı olub.

Cəvahir