Şairə Nazilə Səfərlinin ARB TV-də aparıcısı olduğu “Ona qalsa” proqramından uzaqlaşdırılması ilə bağlı xəbərlər yayılıb.
O, yayılan xəbərlərdən məlumatsız olduğunu bildirib.
Yenicag.az-a açıqlama verən Nazilə hazırda efirdə olduğunu deyib:
“Efirdə, işimin başındayam. Hələ ARB-yə lazımam, nə vaxt lazım olmasam, özüm ARB-dən gedəcəm”.
Qeyd edək ki, N.Səfərlinin verilişinin Sayqa Cahidə həvalə olunduğu barədə xəbərlər yayılıb.
Cəvahir