!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əflatun Amaşov: "Azərbaycanda Rahim Namazov adlı jurnalist olmayıb"

!Reklam – Yazi

“Azərbaycanın bəzi kütləvi informasiya vasitələrində Rahim Şəkinski olaraq göstərilən Rahim Namazov adlı şəxsin Fransada güllələndiyinə dair məlumatlar yayılıb və həmin şəxsin guya jurnalist olduğu bildirilib. Yayılmış informasiyalarda həmçinin Fransa telekanalının da məsələni məhz azərbaycanlı jurnalistin güllələndiyi kimi təqdim etməsi önə çəkilib. Azərbaycan Mətbuat Şurasının sədri və media sahəsində uzun müddət fəaliyyət göstərmiş biri olaraq bildirirəm ki, Rahim Namazov adlı jurnalist olmayıb”.

Yenicag.az xəbər verir ki, bunu Mətbuat Şurasının Şurasının sədri Əflatun Amaşov bildirib.

O bildirib ki, bu ad ölkənin media ictimaiyyətində jurnalistika ilə bağlı hər hansı təsəvvür formalaşdırmır:

“Xaricdə sığınacaq almaq məqsədi ilə müxtəlif yollarla jurnalist vəsiqəsi əldə edən onlarla şəxs var. Çox güman ki, Rahim Namazov da onlardan biridir. Ona görə də demək olar ki, bu adamın Fransada silahlı hücuma məruz qalması jurnalistlik fəaliyyəti ilə əlaqədar ola bilməz. Məsəlinin səbəbi fərqli müstəvidə araşdırılsa, daha obyektiv nəticəyə gəlmək mümkündür. Kütləvi informasiya vasitələrimizin, xüsusən də internet informasiya resurslarımızın təmsilçilərindən xahiş edirəm ki, bunu nəzərə alsınlar”.

Xatırladaq ki, hadisə Tuluza şəhərinin yaxınlığındakı Kolomye şəhərində qeydə alınıb. “Audi” markalı avtomobildən düşən şəxs digər avtomobildə olan Rahim Namazov ilə həyat yoldaşına 7 güllə vurub və hadisə yerindən qaçıb. Rahim Namazovun vəziyyəti ağırdır, həyat yoldaşı isə xəstəxanada ölüb. Hadisə ilə bağlı yerli prokurorluq orqanı araşdırma aparır.

R.Namazov Azərbaycanda məhkumluq həyatı yaşayıb, o cümlədən bir dəfə dələduzluğa görə 1 il icbari həbs cəzası alıb. Onun Azərbaycanda müxtəlif şəxslərdən pul alaraq onları aldatdığı da bildirilir. R.Namazov “kriminal aləm”də “Opasnı Roma” və Rahim Şəkinski kimi də tanınırmış.

www.yenicag.az

1677
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv