!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əflatun Amaşov: "Mətbuat Şurasının nüfuzuna xələl gətirməyə çalışanlar cəzalanacaqlar"

!Reklam – Yazi

“Bəzi “reket nəşr”lər və onlara yaxın adamlar Azərbaycan Mətbuat Şurasının adından sui-istifadə edərək ayrı-ayrı vətəndaşların etimadını qazanmaq, bununla da özlərinin maddi maraqlarını gerçəkləşdirmək yolu tuturlar. Belə faktlara əvvəllər də rast gəlinib və hüquqi müstəvidə müvafiq ölçü tədbiri götürülüb”.

Yenicag.az xəbər verir ki, bunu Mətbuat Şurasının (MŞ) sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib.

Şura sədri bəzi məqamlara aydınlıq gətirib: “Bir müddət öncə guya MŞ-yə məxsus olduğu iddia edilən jurnalist vəsiqələrinin kimlərəsə satıldığına dair məlumat əldə etdik. Həmin vəsiqələr tərəfimizdən facebook sosial şəbəkəsində yayımlandı, onların Şuraya məxsus olmadığı vurğulandı. Bununla əlaqədar müxtəlif internet media resurslarında xəbərlər yer aldı. Ardınca hüquq-mühafizə orqanları hərəkətə keçdi və MŞ-nin adından saxtakarlıq edən şəxslər saxlanıldı. Bu gün facebook-da belə bir mükafatın şəkli paylaşılıb. Təbii ki, Mətbuat Şurasının üzərində şəkildə gördüyünüz formada və məzmunda hər hansı mükafatı yoxdur, heç zaman da olmayıb. Belə görünür, Şuranın adından yararlanaraq özlərinin lokal maraqlarını reallaşdırmaq yolu tutan kimlərsə yenə də “fəaliyyətdədir”. Qətiyyətlə bildiririk ki, bu cür saxtakarlığa yol verən, Mətbuat Şurasının cəmiyyətdəki nüfuzuna xələl gətirməyə çalışan şəxslər qanunlarımız çərçivəsində cəzalanacaqlar. Bu öz yerində. Təəssüf ki, dələduz təfəkkürün məhsulu kimi meydana çıxdığı şübhə doğurmayan belə neqativ nümunələri Mətbuat Şurasına ünvanlanmış sətiraltı ifadələrlə, eyhamlarla bəzəyərək cəmiyyətə çatdırmaq yolu tutanlar da var. Belələrini şəkildə gördüyünüz mükafatı “dövriyyəyə buraxanlardan” müsbət mənada fərqləndirməkdə çətinlik çəkirəm. Gəlin, ədalətli olaq!”

www.yenicag.az

1751
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv