Əflatun Amaşov: “Sosial şəbəkələrdə dövlət çevrilişinə çağırış edirlər”

Sosial şəbəkələrdə milli mənəvi dəyərlərin alçaldılması ilə bağlı keçirilən tədbirdə çıxış edən Mətbuat Şurasının sədri bildirib ki, sosial şəbəkədə Azərbaycanın dəyərləri, prezident və onun ailə üzvləri təhqir edilir.

Yenicag.az xəbər verir ki, Əflatun Amaşov qeyd edib ki, bu, seçki ilə əlaqədardır:

“Düzdür, əvvələr də seçki ərəfəsində bu kimi hallar baş verib, ancaq indi daha kəskin şəkil alıb. Sosial şəbəkədən Azərbaycana kin, nifrət qusurlar. Onların videolarına, yazdıqlarına baxdıqda görəcəksiniz ki, ancaq söyüşdür. Onlar söyüşdən, təhqirdən əlavə dövlət çevrilişinə çağırış edirlər. Bu, dövlətçilik və siyasi mübarizə vasitələrinə ziddir”.

Səxavət

COP29