Əflatun Amaşovdan Əhəd Abıyevə tərs sillə: “Dövlət məmuru belə edirsə…”

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov tanınmış jurnalist Seymur Verdizadənin Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev tərəfindən təhdid edilməsinə münasibət bildirib.

Yenicag.az xəbər verir ki, Əflatun Amaşov bu barədə özünün “Facebook” səhifəsində status paylaşıb:

“Jurnalistin yazdığı yazıya görə təhqirə, hədə-qorxuya məruz qalması əsla yolverilməzdir. Belə xoşagəlməz hərəkət dövlət məmuru və ona yaxın çevrə tərəfindən həyata keçirilibsə, ancaq təəssüf doğura bilər. Bunu təsadüfən bildirmədim.

Baxıram, jurnalist Seymur Verdizadənin Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı cənab Əhəd Abıyev və ona yaxın çevrə tərəfindən təhqirlərə, hədə-qorxulara məruz qaldığına dair məlumatlar yayımlanmaqdadır və qarşı tərəfin əks aqrument ortaya qoymaması məsələni həqiqət kimi qəbul etməyə əsas verir.

Bir daha bildirirəm ki, jurnalistin yazdığı yazıya görə təhqir olunması, hədələnməsi həm davranış qaydalarına, həm də qanunlara ziddir. Jurnalistin fikrini qəbul etməmək, ona sivil qaydada etiraz bildirmək olar.

Çox istərdim ki, buna xüsusən dövlət qurumlarının təmsilçiləri həssas yanaşsınlar. Bu həssaslıq yalnız etik məsələ deyil, eyni zamanda idarəçilik bacarığı və qabiliyyətdir”.

Araz Zeynalov

COP29