!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əflatun Amaşovdan qəzetləri xilas çağırışı: “ƏDV ləğv olunsun”

!Reklam – Yazi

timthumbMətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Milli Məclisin plenar iclasında mətbuat işçilərini narahat edən problemlərdən danışıb.

O, əvvəlcə “Diffamasiya haqqında” Qanunun qəbulunu zəruri saydı: “Məsələ prinsipial olaraq belədir ki, jurnalist yazdığı yazıya görə həbs edilməməlidir. Narahatlıq başadüşüləndir, mediada ən müxtəlif materiallar dərc olunur. Amma faktiki olaraq, ölkədə heç kim Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb olunmayıb. Azərbaycan Mətbuat Şurası da bunu əsas tutaraq, konkret təkliflər hazırlayıb, ATƏT-in Bakı Ofisi ekspertizasından keçib”.

Ə.Amaşov dedi ki, ilkin variant kimi Mətbuat Şurasının Milli Məclisin Hüquq siyasəti və Dövlət quruculuğu Komitəsinə təqdim etdiyi layihə əsas götürülə bilər.

Mətbuat Şurasının sədri devalvasiya nəticəsində mətbuatın üzləşdiyi problemlərdən də bəhs edib və ölkəyə gətirilən qəzet kağızına, həmçinin hazır çap məhsullarına tətbiq ediən ƏDV-nin ləğv olunmasını təklif edib: “Devalvasiyadan sonra qəzet kağızının qiyməti 100 faiz, çap xərcləri isə 50 faiz artıb. Biz bu məsələyə qayıdaraq, mətbuatın durumunu yaxşılaşdırmaq üçün mətbuat üzərindəki ƏDV-nin aradan qaldırılması məsələsini gündəmə gətirsək, çox yaxşı olar”.

www.yenicag.az

629
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv