Əflatun Amaşovdan Ramil Usubova müraciət – “Tez bir zamanda araşdırılsın”

“Yeni Zaman” – “Novoye Vremya” qəzetlərinin ofisi naməlum şəxslər tərəfindən dağıdılıb.

Yenicag.az xəbər verir ki, məsələ ilə bağlı Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov Daxili İşlər naziri Ramil Usubova müraciət edib.

Əflatun Amaşov qəzet redaksiyasına basqının tez bir zamanda araşdırılmasını xahiş edib.

Daxili İşlər Nazirliyindən isə bildirilib ki, qəzet redaksiyasına basqın nəzarət altındadır, araşdırma aparılıb.

Qeyd edək ki, 12 Oktyabr 2018-ci il tarixinda “Yeni Zaman” – “Novoye Vremya” qəzetlərinin ofisi naməlum şəxslər tərəfindən dağıdılıb, ofisdən bəzi əşyalar oğurlanıb.

Səxavət Məmməd