!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əflatun Amaşovun təklifinə baş redaktorlardan – MÜNASİBƏT

!Reklam – Yazi


eflatunamasovElbrus Ərud: “Mətbuatın dövlət tərəfindən dəstəklənməsinin tərəfdarı deyiləm”.

Qabil Abbasoğlu: “Coxdan arzulanan hadisədir”

Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün parlamentdəki büdcə müzakirələri zamanı elektron KİV-lərə – aparıcı saytlara da dövlət büdcəsindən vəsait ayrılmasını təklif edib.

Ə.Amaşov deyib ki, büdcə layihəsində bəzi sahələr üzrə xərclər azaldılsa da, bu, media sektoruna şamil olunmasın.

Deputat KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu üçün gələn ilin büdcə layihəsində nəzərdə tutulan 4 milyon manatın 5 milyona çatdırılmasını təklif edib.

Mətbuat Şurasının sədri qeyd edib ki, həmin 1 milyon manat hesabına hazırda normal fəaliyyət göstərən 30-dək ciddi xəbər saytına dövlət dəstəyi göstərmək olar.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Qafqazinfo.az saytının rəhbəri Elbrus Ərud mətbuata dövlət dəstəyi göstərilməsinin ümumiyyətlə, əleyhinə olduğunu söylədi: “Mən bir sayt rəhbəri olaraq nə büdcəni müzakirə edən deyiləm, nə də ki, büdcəyə vəsait ayıran deyiləm. Nə vaxt saytlara pul ayıracaqlarsa, ondan sonra da münasibət bildirmək olar. Bu mövzu neçə ildir ki, müzakirə olunur, amma hələ bir qərar qəbul edilməyib. Məsələ hələ açıqdır… Təklif olaraq həmişə səslənib, son vaxtlar da gündəmdədir. Amma mən ümumiyyətlə, mətbuatın dövlət tərəfindən dəstəklənməsinin tərəfdarı deyiləm”.

Lent.az saytının rəhbəri Qabil Abbasoğlu isə nəhayət ki, saytlara da dövlət dəstəyinin olacağının reallaşacağına olan ümidlərin artdığını dedi: “Bir sayt rəhbəri olaraq internet mediaya da dövlət dəstəyinin göstərilməsi məsələsinə mənim münasibətim birmənalıdır. Ona görə də təklifə müsbət yanaşır və onu alqışlayıram. İşin texniki tərəfi ilə Mətbuat Şurasının sədri və millət vəkili kimi Əflatun Amaşov məşğul olursa, ona təşəkkürümüzü bildiririk. Yazılı mətbuata olduğu kimi, internet mediaya da dövlətin dəstəyinin olması və dövlət tənzimləməsi məsələsi çoxdan bəri arzulanan hadisədir. Bu istiqamətdə atılan və atılacaq bütün təklifləri alqışlayırıq. O cümlədən, intizarla gözləyirik ki, internet medianın fəaliyyətinə müsbət təsir edəcək bu addım nəhayət reallığa çevriləcək”.

 

ELÇİN
Yeniçağ.Az

www.yenicag.az

527
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv