Bu gün Balakən Rayon Məhkəməsində həbsdə olan jurnalist Əfqan Muxtarlının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, iclasda dövlət ittihamçısı çıxış edib.
Prokuror Ə. Muxtarlının 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Bundan sonra məhkəmə müşavirəyə gedib.
Müşavirədən sonra hökm oxunub.
Hökmə əsasən, Ə. Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib.