Reklam: High Technic
hightechnic

Əfqan nazirdən şok açıqlama: “İran, Suriya və İraqa döyüşçü göndərir”

iran-suriye-ye-afgan-ucagiyla-savasci-tasiyor-7577205_x_7804_oİranın Suriya və İraqa döyüşçü göndərmək üçün Əfqanıstandan təyyarə kirayələdiyi barədə şok faktlar ortaya çıxıb.

Yenicag.az xəbər verir ki, Əfqanıstanın Nəqliyyat və Əlaqələndirmə naziri Kays Həsən bildirib ki, İranla ölkəsi arasında imzalanan Kabil və Məşhər aviareysi ləğv edilib.  Daha sonra nazir  iddia edir ki, İran Suriya və İraqa döyüşçü aparmaq üçün Əfqanıstanın sərnişin təyyarələrindən istifadə edir.

“Xüsusi təlim görmüş silahlı şəxslər sözügedən bölgəyə göndərilir. Artıq 1 aydır ki, o, bu proses həyata keçirilir”.

Nazir bu uçuşlara dair onda  sübutların olmasını da iddia edib. Həmçinin həmin döyüşçülərlə  heç kimin əlaqə yaratmasına imkan verilmədiyini deyib.

Qeyd edək ki, Əsəd rejiminə qarşı döyüşən müxalif qüvvələr də uzun müddətdir ki, İrandan döyüş bölgələrinə canlı hərbi qüvvənin gətirildiyini və çox zaman da elə bu ünsürlərlə döyüşdüyünü qeyd etmişdir.

www.yenicag.az

85