Əfqanıstanla sərhəddə yerləşən Çitral yüksək vadisində Pakistan hərbçiləri ilə döyüşlərdə “Təhrik-e-Taliban Pakistan” (Pakistan Taliban Hərəkatı, TTP) radikal qruplaşmasının azı 12 silahlısı öldürülüb.
Yenicag.az xəbər verir ki, bu barədə “The Express Tribune” nəşri məlumat yayıb.
Bildirilir ki, döyüşlər müasir silahlarla təchiz edilmiş yaraqlılardan ibarət böyük qüvvənin Pakistanla sərhəd bölgəsində iki kəndi ələ keçirməsi və hərbi yol kəsicilərinə hücum etməsindən sonra başlayıb. Pakistan Müdafiə Nazirliyinin qurumlararası ictimaiyyətlə əlaqələr xidmətinin məlumatına görə, ekstremistlərin bütün hücumları dəf edilib. Pakistan hərbçiləri arasında itkilər 4 nəfərə çatıb.
TTP-nin Çitral Agentliyində Pakistan ərazisinə soxulması Talibanın 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra ilk dəfə olub. Pakistan kəşfiyyatının məlumatına görə, TTP birləşmələri hazırda Pakistan ərazisinə yeni müdaxilələr üçün Əfqanıstanla sərhəd Nuristan və Kunar əyalətlərində cəmlənir.
TTP Talibanın Pakistan hücrəsi hesab olunur və Taliban özləri bunu qəti şəkildə inkar edirlər. Pakistan Əfqanıstandan 2020-ci ilin fevralında Əfqanıstanda sülhün bərqərar edilməsinə dair imzalanmış Doha sazişində nəzərdə tutulan bu ölkədə yerləşən TTP yaraqlılarının tezliklə və tam zərərsizləşdirilməsini tələb edir./unikal/