Əfqanıstan Pakistandakı səfirini geri çağırdı

Əfqanıstan Pakistanın baş naziri İmran Xanın Əfqanıstanda müvəqqəti hökumətin formalaşması zərurəti haqqında şərhləri ilə əlaqədar bu ölkədəki səfirini geri çağırıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Xan Pakistan jurnalistlərinə bildirib ki, müvəqqəti əfqan hökumətinin formalaşması ABŞ-ın rəsmi şəxsləri və “talib”lər arasında sülh danışıqlarına kömək edəcək./Report/

COP29