Əfqanıstan parlamentinin mədəniyyət komissiyasının müşaviri güllələndi

Əfqanıstan parlamentinin mədəniyyət komissiyasının müşaviri Minu Manqal güllələnərək öldürülüb.

Yenicag.az xəbər verir ki, hadisə Əfqanıstanın paytaxtı Kabil şəhərindəki 8-ci polis idarəsində qeydə alınıb. Cinayətin kimlər tərəfindən törədildiyi hələ ki məlum deyil.

Əfqanıstan Daxili İşlər Nazirliyinin rəsmisi Nəsrət Rəhmi hadisənin terror aktı olduğunu bildirib və araşdırmalara davam etdiklərini açıqlayıb.