Əfqanıstan terrorla sarsıldı: 7 ölü

Əfqanıstanın paytaxtı Kabildə ard-arda iki partlayış baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin Mətbuat katibinin müavini Əhməd Ziya məlumat yayıb.

Partlayış mülki şəxsləri daşıyan iki mikroavtobusda törədilib. Nəticədə 7 nəfər ölüb, 6-sı isə yaralanıb.

Məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.