Əfqanıstanda ABŞ əsgərlərinə hücum: 3 əsgər öldürüldü, 3-ü yaralandı

Əfqanıstanın Qaznə vilayətində NATO təlimatlarını yerinə yetirən ABŞ əsgərlərinə hücum edilib.

Yenicag.az xəbər verir ki, bu barədə NATO rəsmiləri bəyanat yayıb.

Məlumata əsasən, yolun kənarında yerləşdirilən bombanın partlaması nəticəsində 3 ABŞ əsgəri ölüb, daha 3 əsgər yaralanıb.

Məsuliyyəti Taliban qruplaşması öz öhdəsinə götürüb.