Əfqanıstanda atışma: 13 nəfər öldü

Əfqanıstanın şimalında Taliban xadimləri ilə təhlükəsizlik qüvvələri arasında çıxan qarşıdurmada 13 nəfər dinc sakin həlak olub.

Yenicag.az xarici KİV-lərə istinadən xəbər verir ki, ölənlər arasında uşaqlar da olub.

Əraziyə gələn polis rəisi Şah Dilavər, hadisədə 3 nəfərin də yaralandığını bildirərək, atəşin hansı tərəfdən açıldığının hələ də məlum olmadığını açıqlayıb.

Yenicag.az