Əfqanıstanda bankda partlayış baş verib, ölən və yaralananlar var

Əfqanıstanın cənubunda Qəndəhar şəhərində “New Kabul Bank”ın filialında partlayış baş verib.

Məlumata görə, partlayış Qəndəhar polis qərargahının yaxınlığında yerləşən bank filialında baş verib. Partlayış nəticəsində 19 nəfər ölüb, 20-dən çox adam yaralanıb.

Həmçinin “Hasht-e Subh” qəzeti mənbələrə istinadən xəbər verir ki, partlayış ölkədə hakimiyyəti ələ keçirmiş radikal “Taliban” hərəkatının üzvləri banka maaşlarını çıxarmaq üçün toplaşdığı vaxtda olub.

Mənbə: TASS