Əfqanıstanda 4 polis əməkdaşı yola qoyulmuş minanın partlaması zamanı həlak olub.
Yeniçağ.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə yerli vaxtla saat 9-da, ölkənin cənubundakı Kalat şəhərində, antiterror əməliyyatı zamanı baş verib.
Belə ki, minanın işə düşməsi zamanı polisləri daşıyan avtomobil partlayıb.
Partlayış zamanı daha 1 nəfər yaralanıb.
Yeniçağ.Az