Əfqanıstanda ABŞ hərbçisi öldürüldü

Əfqanıstanda silahlılarla ABŞ hərbçiləri arasında atışma olub.

Yenicag.az xəbər verir ki, hadisə yanvarın 1-də Nanqarhar əyalətinin Açin rayonunda qeydə alınıb. İnsident nəticəsində bir ABŞ hərbçisi həlak olub. Daha 4 nəfər isə yaralanıb.