Əfqanıstanda 2019-cu ilin yanvarında baş verən silahlı toqquşmalar zamanı 900-dən çox insan həlak olub.
Yenicag.az xəbər verir ki, silahlı toqquşmalar zamanı həmçinin azı 800 sakin yaralanıb. Öldürülənlər və yaralananlar arasında “Taliban” hərəkatının silahlıları, Əfqanıstan ordusunun hərbi qulluqçuları, əcnəbi hərbçilər, mülki şəxslər də var.
Bu il ilk silahlı toqquşma yanvarın 1-də, “Taliban” hərəkatının silahlıları Sari-Pul bögəsinin Sayad vilayətinə hücum edərkən baş verib. Atışma zamanı təhlükəsizlik orqanlarının 20 əməkdaşı həlak olub, daha 23 nəfər yaralanıb./Report/