Əfqanıstanın bir sıra əyalətlərində daşqınlar nəticəsində 300-dən çox adam ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı açıqlayıb.
Hakimiyyət fövqəladə vəziyyət elan edib və sağ qalanların xilas edilməsi üçün tədbirlər görür.