Əfqanıstanda güclü zəlzələ oldu

Əfqanıstanda güclü zəlzələ oldu Əfqanıstanın şimal-şərqində 4,8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar səhər tezdən Əfqanıstanın laqman əyalətindəki Metarlam yaxınlığında olub.

Yenicag.az xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 08.17-də yerin 68 kilometr dərinliyində baş verib.

Digər tərəfdən, Almaniya Yer Elmləri Araşdırma Mərkəzi yeraltı təkanların gücünün 5,0 bal olduğunu elan edib. Xatırladaq ki, indiyə qədər paytaxt Kabildə də hiss olunan zəlzələ nəticəsində heç bir ziyan dəyməyib.

Əfqanıstan zəlzələlərə meylli ölkə olduğuna görə, 2023-cün ilin oktyabrında Heratda baş verən 6,3 bal gücündə dörd dağıdıcı zəlzələnin nəticələri hələ də davam etdiyi üçün ölkə yeni zəlzələ ilə sarsılıb. 6,3 bal gücündə ilk təkanlar 7 oktyabr 2023-cü ildə, ardından yarım saatdan az müddətdə ikinci 6,3 bal gücündə zəlzələ baş verib.

Təbii fəlakət nəticəsində Herat ətrafındakı kənd yerlərində bəzi binaları çökdürüb. Zəlzələ zamanı ən azı 2400 nəfər ölüb, 2 mindən çox insan yaralanıb.

 

İsmayıl Bakuvi

COP29