Əfqanıstanda güclü zəlzələ

Əfqanıstanın şimal-qərbində Rixter cədvəli ilə 5,6 bal gücündə zəlzələ olub.

Yenicag.az-ın məlumatına görə, yeraltı təkanlar 272 min əhalinin yaşadığı Herat şəhərindən 154 kilometr şimal-şərqdə baş verib.

Zəlzələnin episentri yerin 30 kilometr dərinliyində qeydə alınıb.

Hər hansı bir itki və ya fəsad barədə məlumat verilməyib.