Əfqanıstanda hava zərbəsi nəticəsində 4 İŞİD silahlısı məhv edilib

Əfqanıstanın Nanqarhar əyalətində İŞİD terror qruplaşmasının mövqelərinə hava zərbələri endirilib.

Yeniçağ.Az-ın “Trend”ə istinadən verdiyi məlumata görə, hava zərbəsi nəticəsində azı 4 İŞİD və silahlıların avtomobili məhv edilib.

Qeyd edək ki, son zamanlarda ekstremistlər Əfqanıstanın cənubi, qərb və şimal bölgələrində öz mövqelərini gücləndirirlər.

Yeniçağ.Az