Əfqanıstanda hərbi maşına hücum: 12 nəfər öldü

Əfqanıstanın paytaxtı Kabil yaxınlığında partlayış baş verib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 12 nəfər ölüb, 9 nəfər yaralanıb.

Həlak olanların 4-nün hərbçi olduöu bildirilir. Hücum məhz hərbçiləri daşıyan avtomobili məhv etmək olub.

Məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.