Əfqanıstanın Qəzni vilayətində partlayış baş verib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, partlayış nəticəsində 12 nəfər həyatını itirib.
Daha 43 nəfərin xəsarət aldığı bildirilib.
Terror aktı Əfqanıstan Milli Təhlükəsizlik İdarəsi bölməsinin qarşısında törədilib. Belə ki, əvvəlcədən planlanmış şəkildə avtomobilin partladılıb.
Məlumatda həmçinin ölənlərin 8-nin təhlükəsizlik qüvvələrinin əməkdaşı olduğu bildirilib.
Hələki terrorçu qruplaşmalardan heç biri hələ ki məsuliyyəti öz üzərinə götürməyib.